"Sərhədçi" heyətinə yeni basketbolçu cəlb edib

Sərhədçi" heyətinə yeni basketbolçu qatıb.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Paytaxt klubu ABŞ-dən olan Cimmi Nikolsla anlaşıb. Oyunçu artıq komandanın məşqlərinə də qoşulub.

O, sabah "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının XIV turunun matçında meydana çıxa biləcək.

Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" qarşılaşması fevralın 6-da, saat 19:00-da start götürəcək.