"Sərhədçi"nin baş məşqçisi: "Abşeron"la oyunda bəsit səhvlər etdik"
"Bəsit səhvlər etdik".
Sportline.az xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XII turunda "Abşeron"a məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis növbəti oyunlarda lazımi tədbir görəcəklərini bildirib:
“Başabaş bir matç oldu. Matçda bir neçə dəfə qalib gəlmək şansımız yarandı. Lakin bəsit səhvlər etdik. Yanlış hücum seçimləri səbəbindən xal qazana bilmədik. Rəqib də bundan istifadə etdi. Lazımi tədbirləri görəcəyik. Daha öncəki oyunlardakı kimi yaxşı çıxış etməyə çalışacağıq”.
Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan "Sərhədçi" - "Abşeron" qarşılaşması ikincilərin 85:79 hesablı qələbəsi ilə yekunlaşıb.