Sevilyada "Yuventus" fanatları bıçaqlanıb
İspaniyada bu gecə Çempionlar Liqası matçına çıxacaq “Sevilya” və “Yuventus” komandalarının azarkeşləri arasında qarşıdurma olub. SportLine.az xəbər verir ki, bir gün əvvəl Sevilyaya gələn bir qrup turinli fanatın barların birində yerli fanatlarla “sözü çəp gəlib”. Nəticədə italiyalılardan bir neçəsi bıçaq yarası alıb.