Şahruddin Məhəmmədəliyev uzun müddətə sıradan çıxıb
"Qarabağ"ın bud-çanaq oynağından əməliyyat olunan qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub.
Bu barədə Sportline.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qolkiper 4–6 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.
Ötən gün Misli Premyer Liqasının I turundan təxirə salınan "Sabah"la matçda zədələnən yarımmüdafiəçi Joni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Komandanın digər üzvü Kadi Borqes isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvarda fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam edir.