Şakil O'Nil NBA tarixinin ən yaxşı beşliyini açıqlayıb

Dördqat NBA çempionu Şakil O'Nil tarixin ən yaxşı start beşliyini müəyyənləşdirib.

Sportline.az Basket News nəşrinə istinadla xəbər verir ki, keçmiş basketbolçu rəmzi heyətinə bu oyunçuları daxil edib.

1. Maykl Cordan ("Çikaqo Bulls")

2.Kobe Brayant ("Los-Anceles Leykers")

3. Julius İrvinq ("Filadelfiya Siksers")

4. Karl Meloun ("Los-Anceles Leykers")

5.Şakil O'Nil ("Boston Seltiks").

O'Nil həmçinin qeyd edib ki, özünü bu siyahıda saymasa, beşinci oyunçu kimi  "Los- Anceles Leykers"dən Lebron Ceymsi heyətə daxil edərdi.

Qeyd edək ki, O'Nil daha əvvəl Maykl Cordanı və Lebron Ceymsi NBA tarixinin ən güclü oyunçuları hesab etdiyini bildirmişdi.