"Şalke" məşqləri bərpa etdi

"Şalke"nin iki həftədir karantində olan futbolçuları meydançada məşqə çıxıblar.

Sportline.az xəbər verir ki, komanda klubun bazasında bir araya gəlib. Futbolçular bir-birinə uzaq məsafədə məşq ediblər.

Xatırladaq ki, digər Avropa ölkələrinin çempionatı kimi, Bundesliqa da dayandırılıb. Turnirin yenidən bərpası üçün gözlənilən ən erkən tarix aprelin 30-udur.