"Turan Tovuz" "Sabah"a uduzur, "Şamaxı" "Zirə"ni məğlub etdi
Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib.
Sportline.az turun açılış oyununda "Şamaxı" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 27 xalla 3-cü, bölgə klubu isə 17 xalla yeddinci pillədə qəratlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Zirə" rəqibini 2:1 hesabı ilə məğlub edib.
Günün ikinci qarşılaşmasında "Turan Tovuz" doğma stadonda "Sabah"la qarşılaşacaq. 13 oyundan 28 xalı olan paytaxt təmsilçisi turnir cədvəlində ikinci, Tovuz klubu isə 24 xalla beşinci yeri tutur. İlk dövrənin oyununda "Sabah" "Turan Tovuz"a 2 cavabsız qolla qalib gəlib.
13 dekabr (şənbə)
14:00. “Şamaxı” - “Zirə” - 2:1
Qollar: Georgi Papunaşvili, 8 (0:1), Alfons Msanqa, 54 (1:1), Karim Rossi, 61-pen. (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu
16:30. “Turan Tovuz” - “Sabah” 0-1
QOL: C. L. Mikels, 31
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu
14 dekabr (bazar)
14:00. “Kəpəz” - “Qəbələ”
17:30. “Qarabağ” – “Araz-Naxçıvan”
15 dekabr (bazar ertəsi)
14:00. “İmişli” - “Karvan-Yevlax”
19:00. “Neftçi” - “Sumqayıt”