“Şamaxı”dan yeni transfer
“Şamaxı” braziliyalı müdafiəçi ilə müqavilə imzaladı.
Sportline.az xəbər verir ki, “Şamaxı” klubu növbəti transferini həyata keçirib. Klubun mətbuat xidmətinin məlumatına görə, bölgə təmsilçisi 26 yaşlı braziliyalı mərkəz müdafiəçisi Antonio Laranı heyətinə qatıb.
Futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Yeni mövsüm öncəsi “Şamaxı” heyətini xeyli gücləndirib. Komanda daha əvvəl Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henrique, David Thomaz Dos Santos Oliveira, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov, Abdullahi Şuaybu, Səlim Həşimov və Sənan Muradlını transfer edib.