Şimali İrlandiya millisində itki

DÇ-2018-in təsnifat mərhələsindəki növbəti rəqibimiz Şimali İrlandiya seçməsinin heyətində itki var. Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Kori Evans matçın keçiriləcəyi iyun ayınadək  sıraya dönə bilməyəcək.  27 yaşlı futbolçu  qasıq nahiyəsindən aldığı zədəninin bərpası daha uzun müddət çəkəcək “Bləkbörn”ün yarımümdafiəçisi Norveçlə oyunu da kənardan izləmişdi. Qeyd edək ki, o, milli forma ilə keçirdiyi 34 oyunda 1 qol vurub.