Şirvanda futbol günü
Azərbaycan 2-ci liqasında 8-ci tur davam edir.
Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçiriləcək. "Şəmkir" Şirvan Olimpiya İdman Kompleksinin Stadionunda "Difai"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.
Tura sabah oynanılacaq 2 matçla yekun vurulacaq.
19 oktyabr (bazar ertəsi)
15:00. “Şəmkir” – “Difai”
Hakimlər: Hacıağa Həsənov, Sadiq Əliyev, Ruslan Məmmədov, Samir Musayev
Şirvan OİK stadionu
20 oktyabr (çərşənbə axşamı)
15:00. “Şəki” – “Zəngəzur”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Ruslan Babayev, Mehdi Yusifov
Zaqatala OİK stadionu
15:00. “Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Ləman Əmirli
Lökbatan OİK stadionu
18 oktyabr
“Hypers” - “Ağdaş” - 2:1
“Kür-Araz” - “Marafon” - 1:7
“Şirvan” - “Ağstafa Gəncləri” - 3:2
