Şotlandiya millisinin üzvünə ağır cəza
Şotlandiya millisinin müdafiəçisi Rayan Porteus ağır cəzaya məruz qalıb.
Sportline.az xəbər verir ki, o, UEFA tərəfindən iki oyunluq cəzalandırılıb.
Bu isə, Rayanın qrup mərhələsinin qalan hissəsini kənardan izləyəcəyi anlamına gəlir.
Xatırladaq ki, Porteus Almaniya millisi ilə oyunun 44-cü dəqiqəsində İlkay Gündoğana qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.