"Siqnal İduna Park" xəstəxanaya çevrilir

Almaniyanın "Borussiya" (Dortmund) klubunun ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" stadionu koronavirusla mübarizə üçün istifadə olunacaq.

Sportline.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 81 000 nəfərlik azarkeş tutumuna malik arena sabahdan müalicə mərkəzi kimi fəaliyyət göstərəcək.

Bu addımın infeksiyanın daha çox yayılmasının qarşısını almaq məqsədilə atıldığı bildirilib.