Stadnik 9-cu tituluna doğru
Bu gün üç qadın güləşçimiz Avropa çempionatında medal görüşlərinə çıxacaq.
Sportline.az xəbər verir ki, 50 kq-dakı səkkizqat qitə çempionu Mariya Stadnik finalda Oksana Livaçla (Ukrayna) üz-üzə gələcək. 34 yaşlı idmançımız 2 dəfə dünya çempionu olub, Olimpiya Oyunlarında 2 gümüş, 2 bürünc medal qazanıb.
Bürünc medal görüşlərində Elnurə Məmmədova (55 kq) Katarjina Kravçiklə (Polşa), Alyona Kolesnik (59 kq) Sandra Paruşevski (Almaniya) ilə görüşəcəklər.
Qeyd edək ki, medal uğrunda görüşlər Bakı vaxtı ilə 20:00-dan sonra başlayır.