Stefin Köri müqaviləsini uzatdı

Amerikalı ulduz basketbolçu Stefin Köri “Qolden Steyt Uorriors” ilə müqaviləsinin müddətini artırıb.

Sportline.az məşhur jurnalist Adrian Voynorovskiyə istinadən verir ki, “Qolden Steyt Uorriors” məşhur basketbolçu ilə 2027-ci ilədək yola davam etmək qərarına gəlib.

Körinin 3 ilə 62,6 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Stefin Köri 15 mövsüm çıxış etdiyi “Qolden Steyt Uorriors” klubu ilə 4 dəfə NBA çempionu olub.