"Sumqayıt" cari mövsümdə nə ilə yadda qalıb?
“Sumqayıt” Azərbaycan Premyer Liqasının geridə qalan 20 turundakı göstəriciləri ilə bağlı statistikanı açıqlayıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, komanda 20 oyunu 6 qələbə, 5 heç-heçə və 9 məğlubiyyətlə yekunlaşdırıb. Həmin qarşılaşmalarda 24 qol vurub, öz qapısında isə 32 top görən “Sumqayıt” 23 xalla 4-cü pillədə qərarlaşıb.
Komanda 20 turda 24 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 24 qoldan 7-ni Peyman Babayi vurub.
O, hazırda komandasının tək, çempionatın isə şərikli bombardiridir. Mehdi Şərifi 5 dəfə (16 oyun, 1086 dəqiqə), Əmir Ağayev 4 dəfə (19 oyun, 1623 dəqiqə), Rəhim Sadıxov 3 dəfə (15 oyun, 1002dəqiqə), Elvin Cəfərquliyev 2 dəfə (17 oyun, 1332 dəqiqə), Sərtan Taşqın (18 oyun, 1269 dəqiqə) və Xəyal Nəcəfov isə (9 oyun, 436 dəqiqə) hərəyə bir dəfə qapını dəqiq nişan alıb. Yerdə qalan 1 qol isə avtoqol nəticəsində vurulub.
Mehdi Cənnətov – 19 oyun (1710 dəqiqə)
Peyman Babayi – 19 (1267)
Əmir Ağayev – 19 (1623)
Sərtan Taşqın – 18 (1269)
Elvin Cəfərquliyev – 17 (1332)
Cəmaləddin Xocaniyazov – 16 (1440)
Şəhriyar Əliyev – 16 (1423)
Mehdi Şərifi – 16 (1086)
Elvin Bədəlov – 16 (1047)
Süleyman Əhmədov – 16 (969)
Amil Yunanov – 16 (438)
Vüqar Mustafayev – 15 (1346)
Rəhim Sadıxov – 15 (1002)
Səbuhi Abdullazadə - 13 (752)
Vurğun Hüseynov – 11 (990)
Aleksey İsayev – 11 (987)
Xəyal Nəcəfov – 9 (436)
İlqar Qurbanov – 4 (61)
Rail Məlikov – 3 (226)
Elgün Nəbiyev – 3 (65)
Rüfət Abdullazadə - 3 (35)
Murad Xaçayev – 2 (172)
Aydın Bayramov – 1 (90)
Ehtiram Şahverdiyev – 1 (18)
Nəbi Məmmədov – 1 (2)