"Sumqayıt"da köməkçi-məşqçilər müəyyənləşdi
“Sumqayıt” yeni təyin olunmuş baş məşqçisi Saşa İliç köməkçiləri ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, serbə üç yerli mütəxəssis kömək edəcək.
Onlar Vurğun Hüseynov, Şahin Abdullayev və Emil Babayevdir.
Saşa İliçin daha iki köməkçisi isə həmyerliləri olacaq.