Koronavirus Super kuboka da bulaşdı

UEFA 2020-ci ildə keçirilməli olan Superkubok matçını ləğv edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Avqustun 12-də Portuqaliyanın Portu şəhərindəki “Draqao” stadionunda baş tutması gözlənilən qarşılaşmanın keçirilməyəcəyi bildirilir. Koronavirus pandemiyası üzündən Çempionlar Liqası və Avroliqanı dayandıran qurum Superkubok barədə düşünməyə ehtiyac görmür.

Qeyd edək ki, Superkubokun son qalibi ötən il Türkiyənin İstanbul şəhərindəki matçda “Çelsi”ni məğlub edən “Liverpul” olub.