Super Liqada mövsümün bombardiri Mauro İkardi olub

Türkiyə Super Liqasında mövsümün bitməsindən sonra bombardirlik cədvəlinə də vəziyyət məlum olub.

Sportline.az xəbər verir ki, çempion "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi mövsümü 25 qolla zirvədə tamamlayıb.

İkinci sırada 21 qolla "Fənərbağça"dan Edin Ceko qərarlaşıb. "Sivasspor"un futbolçusu Rey Manay isə mövsümü 18 qolla üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, 2023/2024 mövsümü ən çox məhsuldar ötürmə (16)  ilə tamamlayan futbolçu isə Dris Mertens olub.