Tənqidə tuş gələn Farfandan geri addım
Moskva "Lokomotiv"inin futbolçusu Cefferson Farfan maaşının 40 faiz azaldılmasından danışıb.
Sportline.az xəbər verir ki, perulu ulduz sosial hesabında buna əsəbləşdiyini deyib:
"Mənə yalnız rusca yazılan kağız göndərdilər. Anlamadığımız üçün kağızı cırdım. Mənə qarşı pis hərəkət etdilər".
Çoxlu tənqidi mesajlar alan 35 yaşlı vinger sosial hesabında öncəki sözlərini yumor məqsədilə ilə dediyini qeyd edib:
"Dostum Roberto Quisalo ilə söhbətimdə dediyim sözlər yanlış anlaşıldı. Maaş endirimini bütün futbolçular qəbul edib. Sözlərimi zarafat məqsədi ilə demişəm. Belə günlərdə bir olmalıyıq. Klubumu hər zamankından daha çox dəstəkləyirəm".
Farfan 2017-ci ildən "Lokomotiv"də çıxış edir.