Tiaqo Alkantara "Real"ın hədəfində

"Real" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu Tiaqo Alkantaraya elçi düşüb.

Məlumata görə, Mateo Kovaçiçin komandadan ayrılacağı təqdirdə T.Alkantara heyətə cəlb olunacaq. "Bavariya"nın futbolçusu da karyerasını İspaniyada davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2013-cü ildən Mnühen təmsilçisinin şərəfini qoruyur.