Stolüstü tennisçilər Tacikistana yollanıblar

Stolüstü tennisçilər daha bir beynəlxalq yarışa qatılacaqlar.

Sportline.az xəbər verir ki, seçmə komandanın üzvlərini mayın 21-də Tacikistanda start götürəcək "Prezident kuboku" turnirində mübarizə gözləyir.

Düşənbə sınaqlarında baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaq.

Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.