Tomas Müller "Bavariya" ilə anlaşdı

Tomas Müller "Bavariya" ilə müqavilə müddətini uzadıb.
 
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun yeni anlaşması 2023-cü ilədək nəzərdə tutulub.
 
30 yaşlı forvard 2007-ci ildən Münhen təmsilçisinin əsas komandasında çıxış edir.
 
O, cari mövsümdə Bundesliqada meydana çıxdığı 25 oyunda 6 qol, 16 məhsuldar ötürmə verib.