"Tottenhem" "Arsenal"ın maraqlandığı futbolçunu transfer edir

"Tottenhem" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Ebereçi Ezeni transfer etməyə yaxındır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, futbolçunun sərbəst qalma məbləği 68 milyon avrodur.

27 yaşlı yarımmüdafiəçi bu keçidin reallaşmasına müsbət yanaşır.

Qeyd edək ki, "Arsenal"da Ezeni transfer etmək istəyir.