"Tottenhem" ingiltərəli futbolçusu ilə yola davam edəcək

"Tottenhem" ingiltərəli futbolçusu Dyed Spenslə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, futbolçu klubla uzun müddətli müqavilə imzalayıb.

Bu haqda London klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, futbolçunun dəyəri 20 milyon avrodur.