"Tottenhem"dən Kubo həmləsi
"Real Sosyedad"in yaponiyalı futbolçusu Takefuso Kubo İngiltərənin "Tottenhem" klubunun maraq dairəsinə düşüb.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, London klubu Kubo üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçunun "Sosyedad"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Kubo bu mövsüm meydana çıxdığı 1 matçda 1 qolla yadda qalıb.