"Tottenhem"dən yeni maaş qərarı

"Tottenhem" işçilərinə aprel və may aylarında maaşının 20 faizini ödəyərək tətilə göndərmək qərarından imtina edib.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, işçilərin aprel və may aylarının maaşı tam veriləcək. Təkcə klub rəhbərliyinin maaşının azaldılacağı vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl "Liverpul" da tətilə göndərdiyi işçilərinin maaşının cəmi 20 faizini ödəyəcəyini, yerdə qalan 80 faizin isə dövlət tərəfindən ödəniləcəyini bəyan etmişdi. Ancaq sonradan klub qərarını dəyişərək qərarını ləğv etmişdi.

Xatırladaq ki, "Tottenhem"in prezidenti Daniel Levinin işçiləri tətilə göndərməsi ölkədə narazılıqla qarşılanmışdı.