Totti: "Mən axmaq deyiləm"

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti Alessandro Del Pyero ilə "Instagram"da canlı yayım zamanı maraqlı açıqlama verib.

Sportline.az xəbər verir ki, 43 yaşlı veteran yarımmüdafiəçi bir müddət əvvəl oğlu Kristianın "Latsio"da çıxış etməsinə qarşı olmayacağı ilə bağlı verdiyi açıqlamaya aydınlıq gətirib:

"O zaman bildirmişdim ki, oğlumun agenti olsam, "Milan", "Yuventus" və "Latsio"nun təkliflərinə baxaram. Onsuz da Kristian mənə oxşayır. "Latsio"nun təklifini qəbul etməz. Kristianı "Latsio"ya göndərəcək qədər axmaq deyiləm. Həqiqətən də bunu edəcəyimi düşünürsünüz?"

Tottinin 14 yaşlı oğlu "Roma"nın akdemiyasındadır.