"Trabzonspor" legioneri ilə yolları ayırdı

Türkiyənin "Trabzonspor" klubu nigeriyalı legioneri Con Obi Mikellə vidalaşıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəyəmeylli yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, Con Obi Mikel ötən ilin iyulundan "Trabzonspor"un formasını geyinirdi.