"Trabzonspor" tanınmış futbolçunun transferinə hazırlaşır
"Trabzonspor" heyəti gücləndirmək istiqamətində çalışmaları davam etdirməkdədir.
Sportline.az xəbər verir ki, Qara dəniz təmsilçisinin orta sahə üçün nəzərdən keçirdiyi futbolçulardan biri də Endryu İrvinqdir.
"Fotomaç"ın yaydığı xəbərə görə "Vest Hem"də forma geyinən 25 yaşlı yarımmüdafiəçi də Türkiyə çempionatında özünü sınamağa müsbət yanaşır.
Şotlandiyalı futbolçunun əvvəllər Münhenin "Türkgücü" komandasında oynamasının da bu məsələyə təsiri az deyil.
Qeyd edək ki, İrvinqin "Vest Hem"lə müqaviləsinin müddəti 2026-cı ildə bitəcək.