"Traktor"dan Azərbaycana dəstək

Təbrizin “Traktor” klubu Azərbaycan ordusuna dəstək olub.

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi bununla bağlı rəsmi İnstaqram səhifəsində paylaşım edib.

Azərbaycan, türk və fars dilində “Qarabağ İslam və türk torpağıdır. Oyunlar zamanı səsləndirmişik və yenə səsləndirəcəyik: Qarabağ bizimdir, bizim olacaq”, - mesajını yayıb.