Türkiyə çempionatının başlaması ilə bağlı rəsmi açıqlama

Türkiyə Futbol Federasiyası (TFF) yerli liqaların başlama tarixi ilə bağlı açıqlama yayıb.

Sportline.az  xəbər verir ki, məlumatda çempionatların ən yaxşı halda iyunun əvvəlində bərpa olunacağı bildirilib.

Mayın ilk gönlərində TFF-nin rəsmi şəxslərlə iclas keçirəcəyi və son vəziyyəti müzakirə edəcəyi qeyd olunub.

Xatırladaq ki, Türkiyədə liqalar martın 13-də dayandırılıb.