Türkiyə futbolunun aqibəti necə olacaq?

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 10-dan sonra bərpa oluna bilər.

Sportline.az “TRT Spor”a istinadən xəbər verir ki, bu haqda Klublar Komitəsinin sədri Mehmet Sepil aprelin 24-də Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və Super Liqa təmsilçilərinin rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.

O bildirib ki, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər iyunun 11, 12 və ya 13-dür. Sepil yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. Oyunların azarkeşsiz keçiriləcəyi gözlənilir.

Türkiyədə futbol liqaları martın 19-u dayandırılıb.