Türkiyə idmançı Paris Olimpiyadasında finala yüksəlib
Türkiyəli atlet Ersu Şaşma Paris 2024 Olimpiya Oyunlarında kişilər arasında dayaqla tullanmada finala yüksəlib.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, idmançı ilk cəhddə 5.40, 5.60, 5.70 və 5.75 göstəricilərini keçərək adını son 12 atlet sırasına yazdırıb.
Tokio 2020 Olimpiya Oyunlarında bu idman növündə finala yüksələn ilk türk idmançı olan Ersu Şaşma bu uğuru Parisdə də təkrarlayıb.
Qeyd edək ki, Türkiyə Olimpiya komandası Paris 2024-də medal sıralamasında 41-cı sırada yer alır.(1 gümüş, 1 bürünc)