Türkiyə klubunda erkən ayrılıq

Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi ayrılığı reallaşıb.

Sportline.az xəbər verir ki, "Qaziantep" İsmet Taşdemirlə əməkdaşlığına son verib. .

51 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.

Komanda ilk turda "Qalatasaray"a 0:3, ikinci turda isə "Konyaspor"a eyni hesabla məğlub olub.

Qeyd edək ki, İsmet Taşdemir mövsümün əvvəlində "Qaziantep"in baş məşqçi vəzifəsinə gətirilmişdi.