Türkiyə milli voleybol komandasına yeni baş məşqçi təyin olunub
Sedrik Enard ilə yollarını ayıran Türkiyənin kişilərdən ibarət voleybol milli komandasının yeni baş məşqçisi bəlli olub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, milli komandanın "sükanı" türkiyəli mütəxəssis Umut Çakıra həvalə olunub.
Türkiyə millisi Umut Çakırın rəhbərliyi altında avqustun 4-də İstanbulda keçiriləcək Avropa çempionatının seçmə mərhələsi öncəsi düşərgəyə daxil olacaq.
"Ay-ulduzlular" avqustun 25-də səfərdə Danimarka ilə, 29-da isə Ankarada Macarıstanla qarşılaşacaq.
Qeyd edək ki, Türkiyə komandası keçmiş baş məşqçi Enardın rəhbərliyi altında Millətlər Liqasında 1 qələbə və 15 məğlubiyyətlə 16 komanda arasında sonuncu olub.