Türkiyə millisi AVRO-2020-də bu formaları geyinəcək

Türkiyə milli futbol komandasının Avro-2020-də geyinəcəyi formalar bilinib.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda turnirdə ağ və qırmızı rənglərdə olan formalar geyinəcək.

Xatırladaq ki, Türkiyə millisi Avro-2020-nin iki qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İlk oyun iyunun 17-si Uels, növbəti qarşılaşma isə iyunun 21-də İsveçrəyə qarşı olacaq.