Türkiyə prezidenti və İlham Əliyev oyunları birlikdə izləyəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli komandasının Bakıda keçirəcəyi Avropa çempionatının oyunlarını canlı izləyəcək.
Sportline.az xəbər verir ki, o, bu barədə Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, bu oyunları birgə izləyəcəklərini söyləyib.
Türkiyə milli komandası AÇ-2020-nin iki qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İlk oyun iyunun 17-si Uels, növbəti matç isə iyunun 21-də İsveçrəyə qarşı olacaq.