Türkiyədə 8 güləşçi dağıntılar altından çıxarılıb
Türkiyənin 8 güləşçisi dağıntılar altından çıxarılıb.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində Kahramanmaraşda çökən binadakı güləşçilərdən 8-i sağ qurtarılıb. Hazırda xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 6234 adam həlak olub, 37 011 nəfər yaralanıb.