Türkiyədə futbolçular peyvənd olunur

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir ölkənin səhiyyə naziri Fahreddin Koca ilə görüşüb.

Sportline.az xəbər verir ki, 71 yaşlı funksioner Superliqa komandalarındakı futbolçuları peyvəndləmək istədiklərini bildirib.

Özdemir klubların bu məsələyə müsbət yanaşdığını söyləyib: "Yalnız futbolçuları deyil, hakimləri, idarə heyətini, klub işçilərini peyvəndləmək istəyirik. Fahreddin Koca ilə görüşdüm. Əlindən gələn köməkliyi edəcəyini söylədi".

Qeyd edək ki, son günlər Türkiyə futbolunda koronavirusa yoluxma halları kütləvi xarakter alıb.