Türkmənistan çempionatında növbəti tur

Türkmənistan liqasında 4-cü turun daha bir oyunu keçirilib.

Sportline.az xəbər verir ki, bu gün 1 matç oynanılıb. "Ahal" doğma meydanda "Saqadam"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 9-a yüksəldən "Ahal" (3 oyundan) turnir cədvəlində 1-ci pilləyə yüksəlib. “Kopetdağ” 8 xalla 2-ci, “Altun Asur” 5 xalla 3-cüdür.