Üç güləşçimizdən bürünc medal

Azərbaycanın yunan-Roma güləşçisi Arif Niftullayev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanıb.

Sprotline.az xəbər verir ki, 97 kq-da çıxış edən idmançımız İtaliya təmsilçisi Nikolos Kakelaşviliyə 2:1 hesabı ilə qalib gələrək 3-cü yerə çıxıb.

67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov 3-cü yer uğrunda görüşdə Türkiyə təmsilçisi Murat Fırata 8:2 hesabı ilə qalib gələrək buna nail olub.

82 kq-da mübarizə aparan Rafiq Hüseynov isə bürünc medal qarşılaşmasında macarıstanlı Tamaş Levaya 1:3 hesabı ilə uduzub və yarışı 5-ci yerdə başa vurub.

63 kq-da yer alan Taleh Məmmədov Ermənistan təmsilçisi Qraçya Poqosyanla qarşılaşıb.

10:4 hesablı qələbə qazanan Məmmədov bürünc medal qazanıb.