UEFA assosiasiyalara vaxt verdi

UEFA koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan milli çempionatların bərpası istiqamətində müzakirələrə davam edir.

Sportline.az xəbər verir ki, qurum milli federasiyalara, 4 həftə müddətində, növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaların adını açıqlamağı tələb edib.

Məlumata görə, UEFA prezidenti Aleksander Çeferin, mövsümü tamamlamaq istəməyən ölkələrə, mayın 25-nə qədər növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaların adlarını təqdim etmələrini istəyib. Mövsümü davam etmək istəyən federasiyalara isə həmin tarixə qədər oyunların təqvimini hazırlamağı tapşırılıb.

Qeyd edək ki, Almaniya, İspaniya, İngiltərə və Fransa çempionatı davam etdirmək istəyir. Hollnadiya isə mövsümün yarımçıq dayandırıldığını elan edib.