UEFA AVRO-2020-nin təxirə salınması üçün pul tələb edir
UEFA AVRO-2020-nin təxirə salınması üçün klublardan və liqalardan 275 milyon funt sterlinq (302 milyon avro) tələb edəcək.
Sportline.az xəbər verir ki, qurum AVRO-2020-nin 2021-ci ilə təxirə salınma ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, UEFA bu gün 55 milli assosiasiyanın iştirakı ilə videokonfrans keçirəcək və turnirlə bağlı qərar veriləcək.
AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır.
Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 qarşılaşması isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.