UEFA Avrokubokları dayandırdı

UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarını dayandırıb. 

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, gələn həftəyə nəzərdə tutulan bütün oyunlar təxirə salınıb.

Bura, martın 17-18-nə planlaşdırılan ÇL-in 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa) görüşləri, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmaları, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin bütün qarşılaşmaları daxildir.

Oyunların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək.