UEFA çempionatları bərpa etməyi düşünür

UEFA ölkə çempionatlarının bərpası ilə bağlı mümkün variantları müzakirə edir.
 
Sportline.az xəbər verir ki, qitə mətbuatında ali futbol qurumunun liqaların bərpası üçün, may, iyun və sentyabr aylarını təklif etdiyi bildirilir. Koronavirus pandemiyasının Avropa daxilində yenicə alovlanması may variantını mümkünsüz edir. Çempionatların sentyabrdan etibarən davam etdirilməsi isə yeni mövsümün təqvimini pozacaq.
 
Hazırkı vəziyyətdə iyun ayı ən uyğun seçim hesab olunur. UEFA prezidenti Aleksander Çeferin oyunların iyunda keçirilə biləcəyindən əmindi. Matçların boş tribunalar önündə oynanılması ehtimal daxilindədi.
 
Virusun daha əvvəl ortaya çıxdığı İspaniya və İtaliyada mövsümün iyun ayından öncə bərpa ediləcəyinə dair ümidlər var. Almaniya, Fransa və İngiltərədə isə müəyyən yubanmalar ola bilər.
 
Aprelin 1-də UEFA-nın növbəti iclası keçiriləcək.