UEFA finalları təxirə saldı

UEFA avrokuboklarla bağlı yeni qərar qəbul edib.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, UEFA martın 17-də keçirilən videokonfransda Avropa Liqasının finalını iyulun 24-nə, Çempionlar Liqasının finalını isə iyulun 27-nə təyin etmişdi.

Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını koronavirus pandemiyasına görə gələn ilə təxirə salıb.