UEFA-nın koronavirusla bağlı qərarı

UEFA koronavirus epidemiyasından qorunmaq məqsədilə daha bir qərar qəbul edib.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub.

Bu addım Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.

Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya), həmçinin Avropa Liqasının 1/16 finalının "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, ÇL-də 1/8 finalın PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) oyununa da azarkeşlərin buraxılmayacağı gözlənilir.