UEFA prezidenti İtaliya klublarına müraciət edib

UEFA prezidenti Aleksander Çeferin "İnter" və "Roma" klublarına müraciət edib.

Sportline.az xəbər verir ki, o,  A Seriyası təmsilçilərindən Avropa Liqasını tərk etmələrini xahiş edib.

A.Çeferin turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Xetafe" - "İnter" və "Sevilya" - "Roma" görüşləri koronavirusa görə təxirə salınıb.