UEFA reytinqində yeni mövqeyimiz

Azərbaycanın UEFA reytinqindəki yekun mövqeyi bəlli olub.

Sportline.az  xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra siyahı yenilənib.

Azərbaycan əvvəlki kimi 26-cı yerdə qərarlaşıb.

Son 5 ilin nəticələrinə görə 18,750 xala malik Azərbaycan ən yaxın izləyicisi Bolqarıstandan 1,375 xal öndədir. Ölkəmiz 25-ci olan Belarusdan isə 0,125 xal geri qalıb.

Qeyd edək ki, siyahıya 98,997 xalla İspaniya başçılıq edir.