Uğur Özdemir: "Oyunçularım əllərindən gələni etdilər"
Basketbol üzrə Azərbaycan çempionatının üçüncü yeri uğrunda seriyanın ilk matçında “Xırdalan” "NTD-İndiqo"ya 79:95 hesabı ilə məğlub olub.
Sportline.az “Xırdalan”ın mətbuat xidmətinə istinadla xəbər verir ki, komandanın çalışdırıcısı Uğur Özdemir matçdan sonra açıqlama verib.
Mütəxəssis müdafiədə səhvlərə yol verdiklərini bildirib: “İtkilərlə oyuna çıxacağımız öncədən bəlli idi. Rəqib də bunu bilərək bizə qarşı hazırlıq görmüşdü. Biz də bunu nəzərə alıb hazırlaşmışdıq. Amma alınmadı. Kənar atışlarda uğursuz olduq, çox səhvlərimiz oldu. Bu da bizə məğlubiyyəti gətirdi. Rəqib oyunda ekstra 3 xallıq atışlardan xallar qazandı. Biz isə müdafiədə çox pis oynadıq. Təbii ki, məğlubiyyətin fərqli səbəbləri də var idi. Belə mərhələdə psixoloji olaraq da toparlanmaq çətin olur. Mövsümün sonunda həm zədələr, həm cəzalı oyunçular və dediyim səbəblər yaxşı nəticəyə imkan vermir. Parket üzərində olan oyunçularımdan da zədəli olanları var idi. Buna baxmayaraq oyunçularım əllərindən gələni etdilər, döyüşdülər. İrəli baxmaq lazımdır. Qarşıdakı oyunda qalib gəlib, daha sonra həlledici matçı da qələbə ilə başa vurub, 3-cülüyü qazanacağıq”.